- •Uğursuzluq – hər şeyi yenidən, lakin daha müdrik şəkildə başlamaq imkanıdır – Henri Ford
•Çox
istedadlı olsanız və böyük səylər göstərsəniz belə bəzi nəticələri əldə etmək
üçün zaman tələb olunur. 9 qadını hamilə olmağa məcbur etməklə 1 aydan sonra
uşaq əldə edə bilməyəcəksiniz - Warren Buffet
•Hər bir
insanın həyatında uğur onun qapısını mütləq döyür. Lakin insanların əksəriyyəti
bu vaxt yaxınlıqda yerləşən pivəxanada əyləşir və heç bir qapı döyüntüsünü
eşitmir – Mark Tven
•Bizim ən
pis çatışmayan cəhətimiz ondan ibarətdir ki, tez bir zamanda həvəsdən düşürük.
Uğura aparan ən düzgün yol isə – daim bir daha cəhd etməkdir – Tomas Edison
•Şəxsən
mən qaymaqlı çiyələyi çox sevirəm, lakin nədənsə balıqlar soxulcana üstünlük
verir. Bax buna görə də mən balıq tutmağa gedəndə özümün nə sevdiyimi deyil,
balığın nə sevdiyi barədə düşünürəm – Deyl Karneqi
•Səhər
yuxudan oyandıqda özündən soruş: “Mən bu gün nə etməliyəm?” Axşam yatmamışdan
öncə də özündən soruş: “Mən bu gün nə etdim?” – Pifaqor
•Kasıb,
uğursuz, bədbəxt və xəstə o şəxsdir ki, daim “sabah” sözünü işlədir – Robert
Kiyosaki
•Mən bunu
istəyirəm. Deməli, bu olacaq – Henri Ford
•Mən heç
vaxt uduzmadım. Sadəcə işə yaramayan 10 000 üsul sınaqdan keçirdim – Tomas
Edison
•Çətin iş
– zamanında etməli olduğunuz lakin etmədiyiniz işlərin toplusudur – Con
Maksvell
•Əvvəllər
deyirdim: “Ümid edirəm ki, hər şey dəyişəcək”. Daha sonradan başa düşdüm ki,
hər şeyin dəyişməsi üçün lazım olan yeganə üsul mənim özümün dəyişməyimdir –
Cim Ron
•Bütün
həyatım boyu çıxardığım dərs ondan ibarətdir ki, heç vaxt təslim olmamaq üçün
cəhd etmək, cəhd etmək və yenə cəhd etmək lazımdır – Riçard Brenson
0 şərh:
Yorum Gönder