Sizin həyatınızı
dəyişəcək vərdişlər
.:: Banker ::.
1. Xarici dil öyrənməyə başlayın. Buna
hər gün heç olmasa yarım saat vaxt ayırın.
2. Bir gündən bir öz otağınızı yığışdırın.
Lazımsız əşyaları tullayın.
3. Kompüter oyunlarından imtina edin. Onlar
sizə dünyanı qavramağa mane olurlar və normal insanları ümidsiz insanlara
çevirirlər.
4. Fastfud və digər ziyanlı qidalardan
birdəfəlik imtina edin. Düzgün qidalanmağa başlayın.
5. Hər səhər idmanla məşğul olun.
6. Özünüzü hər gün eyni vaxtda yatmağa və
oyanmağa öyrəşdirin.
7. Hər gün eyni saatda qida qəbul edin. Buna
görə orqanizminiz sizə təşəkkür edəcək.
8. 8 saatdan az yatmayın. Bu sağlamlığınız
üçün çox vacibdir.
9. Pullara qənaət edin. Səyahət etməyə pul
ayırın. Digər ölkələrə səyahət etmək dünya görüşünü artırır.
10. Ancaq müsbət nələrsə haqqında düşünün.
Daha tez-tez gülümsəyin.
11. Öz uğurlarınızı qeyd edəcəyiniz bir
gündəlik tutun. Axşamlar öz nailiyyətlərinizi qeyd edin. Hətta ən kiçik
nailiyyətlərinizi belə.
12.
Həyatınızı dəyişdirəcək kitablar oxumağa başlayın.
13. İnternetə gündə 1 saatdan çox vaxt
ayırmayın.
14. Yeməkdən 10-15 dəqiqə əvvəl bir stəkan
təmiz su için. Gündə 2 litrdən az olmamaq şərti ilə su için. Bu daxildə gedən
proseslərə müsbət təsir göstərir. Siz özünüzü daha yaxşı hiss edəcəksiniz.
15. Öz bədəniniz ilə məşğul olun. Piyləri
əridin və əzələlərinizi bərkidin.
16. Öz məqsədlərinizin şəkillərini tapın və
onları görünən yerə yapışdırın.
17. Çoxdan etməli olduğunuz və sizə rahatlıq
verməyən işləri bir kağıza köçürün. Həmin işləri görün və canınızı qurtarın.
Siz daha rahat yaşayacaqsınız. Bu yoxlanılmış bir üsuldur.
18. Qeyri-etik ifadələri istifadə etməkdən
imtina edin. Bir sözlə, öz danışığınıza nəzarət edin.
19. Hər gün kiçik də olsa yaxşı bir iş görün.
Yaxşılıq edərkən qarşılığını gözləməyin. Yaxşılıq onsuz da sizə geri qayıdacaq.
20. Hər gün meyvə və tərəvəz yeməyə çalışın.
21. Düz gəzin. Belinizi əyməyin.
22. Bütün pis vərdişlərinizdən imtina edin.
Siqaret çəkmək və spirtli içkilərdən istifadə xərçəng və digər xəstəliklərə
səbəb olurlar. Axı nəyə görə siz özünüzü bədbəxt həyata məhkum etməlisiniz?
23. İnsanlara xoş sözlər və komplimentlər
deyin. Bunu özünüzə vərdiş etsəniz, çox yaxşı olar.
0 şərh:
Yorum Gönder